Baş Qərargah rəisi və Milli Kəşfiyyat İdarəsi rəhbərinin Moskvaya kritik səfəri

Keçirilən görüşlərdə regional mövzular, Suriyadakı son vəziyyət və Astana/Cenevrə prosesi müzakirə olunub.

891717
Baş Qərargah rəisi və Milli Kəşfiyyat İdarəsi rəhbərinin Moskvaya kritik səfəri

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan ilə Moskvada Rusiyanın Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib. 

Görüşdə regional mövzular, Suriyadakı son vəziyyət və Astana/Cenevrə prosesi müzakirə olunub.

Akar və Fidan Rusiyanın Müdafiə naziri ilə də görüşüb

Digər tərəfdən Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada Hulusi Akarla Hakan Fidanın Moskvada keçirdikləri görüşlər çərçivəsində Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə də bir araya gəldikləri bildirilib.

Açıqlamada görüşün müsbət atmosferdə keçdiyi, “Tərəflər Orta Şərqdəki son vəziyyətlə yanaşı birgə mövzuları müzakirə etdilər.” ifadəsi  yer tutub.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da ötən gün rus həmkarı Lavrov ilə telefonla danışmışdı.



Әlaqәli Xәbәrlәr