“ABŞ-ın sözləri qane edici deyil”

Xarici işlər naziri M.Çavuşoğlu CNNTürk-ə müsahibəsində: “ABŞ-nın Suriyada bir sərhəd ordusu yaratmayacaqlarına dair sözlərinə görə Türkiyə, Afrinə planlaşdırdığı əməliyatı təxirə salmayacaq”.

891369
“ABŞ-ın sözləri qane edici deyil”

ABŞ-ın açıqlamaları bizi qane etmədi deyən  Xarici işlər  naziri  Mevlüt  Çavuşoğlu  vurğulayıb ki,  Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana  bildirmişdi. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”. 

Mevlüt.Çavuşoğlu bildirib ki, ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir: "Bizim burada opponentimiz ABŞ-dır. Ancaq narahat olduğumuzu hamı, Fransa da bilir. Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq. Bu əməliyyat Rusiyanın oradakı müşahidəçilərinə təsir göstərməməlidir. Biz Əsədin hakimiyyətdən getməsi məsələsində səmimiyik. Ancaq ABŞ-ın da səmimi olması lazımdır".

“Havadan müdaxilə üçün koordinasiya olmalıdır. Rusiya və İranla  danışıqlarımız  davam  edir.

Qeyd  edək  ki,  Türkiyənin, ABŞ-nın  'terror ordusu' açıqlamalarına  sərt  reaksiyasına  qarşı, Penteqon da Suriyada  sədhəd  təhlükəsizliyi  qüvvəsi  yaratmayacaqlarını,  açıqlamışdı.  



Әlaqәli Xәbәrlәr