"Belə bir ordunun yaradılmasını qəbul edə bilmərik", R.T.Ərdoğan.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefonda danışıb.

889885
"Belə bir ordunun yaradılmasını qəbul edə bilmərik", R.T.Ərdoğan.

   Ərdoğan Stoltenberq arasında söhbət zamanı Türkiyənin milli təhlükəsizliyi, DAEŞ-lə Mübarizə Qlobal Koalisiyası, Suriyanın şimalında separatçı terror təşkilatı PKK/PYD və sözdə "Suriya Sərhəd Təhlükəsizliyi Qüvvəsi” ilə bağlı məsələlər müzakirə edilib.

  R.T.Ərdoğan belə bir ordunun yaradılmasını qəbuledilməz saydığını vurğulayıb. Belə bir təşəbbüsün Suriyanın birliyi və sabitliyinə xidmət etməyəcəyini söyləyən Türkiyə başçısı bəzi müttəfiqlərin terror təşkilatlarıyla əməkdaşlıq etmələrini anlamağın mümkün olmadığını dilə gətirib. Ərdoğan Suriyadakı son hadisələr qarşısında Türkiyənin beynəlxalq hüquq çərçivəsində öz milli təhlükəsizliyini mühafizə üçün lazımi hər cür tədbiri görəcəyini təkrarlayıb.

  Məsələ ilə bağlı narahatlıqlara haqq verdiyini bildirən NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin NATO üçün əhəmiyyətli bir ölkə olduğunu vurğulayaraq Suriyanın şimalında "Suriya Sərhəd Təhlükəsizliyi Qüvvəsi” yaradılması barədə NATO-dan məsləhət alınmadığını söyləyib.

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ölkə sərhədində belə bir terror qüvvəsinin yaradılmasına tamaşaçı qalmayacağını, ABŞ  rəsmiləri bu fikirdən vaz keçənə qədər vəziyyəti izaha davam edəcəyini bildirib. NATO-nun Baş katibi də problemin həlli üçün müttəfiqlər arasında açıq dialoqun əhəmiyyətini təqdir edib.



Әlaqәli Xәbәrlәr