Türkiyə və İraq baş nazirləri arasında telefon danışığı olub

Telefon danışığında ikitərəfli əlaqələr və regional məsələlərin müzakirə olunduğu bildirilib.

888997
Türkiyə və İraq baş nazirləri arasında telefon danışığı olub

Türkiyənin Baş naziri Binəli Yıldırım İraqın Baş naziri Heydər əl-İbadi ilə telefonla danışıb.

Yayılan məlumata əsasən, ikitərəfli əlaqələr və regional məsələlərin müzakirə olunduğu telefon danışığında başda PKK və DEAŞ olmaqla terror təşkilatları ilə mübarizədə əməkdaşlığa verilən əhəmiyyət vurğulanıb.

Görüşdə həmçinin iki qonşu və dost ölkə arasında keçirilən yüksək səviyyəli danışıqların davam etdirilməsi barədə razılıq əldə olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr