Türkiyə və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri görüşəcəklər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar NATO-nun mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüsselə səfər etdi.

889252

Onun ABŞ-ın Baş Qərargah rəisi Dunfordla təkbətək görüşü nəzərdə tutulub. 

Afrində terror təşkilatının hədəflərinə qarşı nəzərdə tutulan əməliyyatdan əvvəl baş tutacaq görüşdə Suriyada hadisələrin inkişafı, regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın Suriya-Türkiyə sərhədinə 30 minlik YPG qüvvələri yerləşdirməsi iki ölkə arasında gərginliyə səbəb olub. Türkiyə buna cavab olaraq Afrində terror təşkilatının hədəflərinə qarşı əməliyyata başlayacağını açıqlayıb. 

Әlaqәli Xәbәrlәr