“Türkiyənin, terrora qarşı mübarizdə İraq ilə əməkdaşlığı davam edəcək”

Türkiyə, İraqın paytaxtı Bağdadda dünən həyata keçirilən intihar hücumlarını pisləyib.

889079
“Türkiyənin, terrora qarşı mübarizdə İraq ilə əməkdaşlığı davam edəcək”

Xarici İşlər Nazirliyinin bəyanatında, Bağdadda törədilən xain terror hücumunda məsum insanların ölməsi və yaralanmasından kədər duyulduğu vurğulanıb.

Türkiyə olaraq xain terror aktlarını lənətləyirik deyilən açıqlamada vurğulanıb ki, “Dost və qardaş İraq xalqına başsağlığı, yaralılara təcili şəfa arzulayırıq. Türkiyə, terrora qarşı mübarizədə İraq xalqı və hökuməti ilə həmrəylik çərçivəsində addım atmaqda davam edəcək”.

Qeyd edək ki, ötən gün Bağdadın Tayaran Sahası rayonunda həyata keçirilən intihar hücumlarında 25 nəfər həyatını itirib, 90 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr