"Türkiyə terrorla istənilən mübarizə hüququnu özündə saxlayır”, İ.Kalın

Türkiyə dövlət aparatı sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planına reaksiya göstərdi.

888112
"Türkiyə terrorla istənilən mübarizə hüququnu özündə saxlayır”, İ.Kalın

Türkiyə dövlət aparatı sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "Sərhəd Təhlükəsizliyi Qüvvəsi" yaratmaq planına reaksiya göstərdi.

İbrahim Kalın Beynəlxalq Koalisiya tərəfindən verilmiş və bir sıra KİV-də yer tutan yazılı açıqlamada “Suriya Demokratik Qüvvələri ilə Suriya Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin qurulması və təlimi məqsədilə fəaliyyətlər aparaldığı”na dair məlumatın bölüşüldüyünü bildirib.

Kalın ABŞ-ın “DEAŞ ilə mübarizə”yə görə PKK-nın Suriyadakı qolu olan PYD/YPG-yə verdiyi dəstəyə son qoymaq əvəzinə bu terror təşkilatını qanuniləşdirmək və bölgədə daimi hala gətirmək istiqamətində narahatlıq doğuran addımlar atdığını qeyd edib.

Kalın vurğulayıb ki, bu vəziyyət qəbuledilməzdir. Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək. İndiyədək olduğu kimi  gələcəkdə də Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorla istənilən mübarizə hüququnu özündə saxlayır.



Әlaqәli Xәbәrlәr