Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Məlumata görə, görüş qarşı tərəfin tələbi ilə həyata keçirilib.

886513
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Məlumata görə, görüş qarşı tərəfin tələbi ilə həyata keçirilib.

Məlumatda görüş zamanı ikitərəfli münasibətlər və Suriya məsələsinin müzakirə olunduğu bildirilib.

Qeyd edək ki, Rusiya prezidenti  Vladimir Putin görüşlə bağlı verdiyi açıqlamada Rusiyanın Suriyadakı hərbi bazalarına son günlərdə edilən hücum təşəbbüslərini  xatırladaraq: ‘‘ Suriyadakı bazalarımıza hücumla Türkiyənin heç bir əlaqəsi yoxdur. Hərbi bazalarımıza hücumun  arxasında kimin dayandığını bilirik’’ deyib.

Hmeymin bazasına pilotsuz uçuş aparatı ilə hücum təşəbbüsünün həssas şəkilde planlaşdırıldığını vurğulayan Putin məqsədin isə Türkiyə daxil partnoyrlarla əlaqələri pozmaq olduğunu qeyd edib. 



Әlaqәli Xәbәrlәr