"Kimsə orada yeni bir dövlət qurmağa qalxmasın", R.T.Ərdoğan.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terror dəhlizi yaradılmasına icazə verməyəcəklərini vurğuladı.

886292
"Kimsə orada yeni bir dövlət qurmağa qalxmasın", R.T.Ərdoğan.

   Ankarada Cümhurbaşkanlığı Sarayında muxtarlarla bir araya gələn R.T.Ərdoğan deyib: “Amerika Birləşmiş Ştatları (ABŞ) separatçı terror təşkilatı PKK-nın Suriya davamı PYD-nin əli ilə Suriyada terror dəhlizi yaratmaq istəyir. Suriyanın şimalında terror dəhlizi yaratmaq səylərinə qarşı Türkiyənin səbrinin azalır. Suriya və İraqda baş verən proseslər terror dəhlizi yaratmaq məqsədini günü-gündən aydınlaşdırır. Yalanlara dözmək məcburiyyətində deyilik. Bölgəni terrordan təmizləmək üçün ötən il Fərat Qalxanı Hərəkatı ilə atdığımız addımları genişləndirəcək gücə sahibik... Terror dəhlizində dövlət qurmaq istəyənlər ovucunu yalayar. Kimsə orada yeni bir dövlət qurmağa girişməsin".



Әlaqәli Xәbәrlәr