Xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmə dair açıqlama verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident üsul-idarəsi sistemi, Əgə adaları və Türkiyə-Avropa İttifaqı mövzularında açıqlama verib.

885406
Xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmə dair açıqlama verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident üsul-idarəsi sistemi, Əgə adaları və Türkiyə-Avropa İttifaqı mövzularında açıqlama verib.

Anadolu xəbər agentliyində gündəmə dair suallara cavab verən nazir Şimali  Kıbrıs Türk cümhuriyyətində prezident üsul-idarəsinə keçidlə bağlı mübahisələrə toxunaraq deyib ki, Şimali Kıbrıs Türk Cümhuriyyətində prezident üsul-idarəsinə keçid mübahisə olunur. Bu mümkün ola bilər. Biz Türkiyə olaraq prezident üsul-idarəsinə keçid etdik, xeyrini də görürük.

Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə də toxunan Çavuşoğlu Türkiyənin İttifaqa üzvlüyü barədə maneə çıxarmaq üçün İttifaq ölkələri tərəfindən müxtəlif bəhanələrlə prosesin illərlə ləngidildiyini vurğulayıb.

Çavuşoğlu “Aİ üzvlüyü üçün daha bir 50 il gözlənilməsin. Bizim də səbrimiz qalmadı, millətin də eləcə.” deyə qeyd edib.

Çavuşoğlunun gündəmində son vaxtlarda Yunanıstanda daxili siyasətdə vasitə kimi istifadə edilən Əgə adaları məsələsi də öz yerini tutub: “Əgə dənizində mübahisə mövzusu olan heç bir adanın Yunanıstana verilməsi söz mövzusu deyildir”.



Әlaqәli Xәbәrlәr