Rusiya və İranın Ankara səfirləri Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın Ankara səfiri Aleksey Yerhov ilə İranın Ankara səfiri Məhəmməd İbrahim Taherian Fardın Suriyadakı rejimin İdlibin gərginliyi azaltma bölgələrindəki hücumlarına görə XİN-ə çağırıldığı bildirilib.

884876
Rusiya və İranın Ankara səfirləri Xarici İşlər Nazirliyinə çağırıldı

Rusiyanın Ankara səfiri Aleksey Yerhov ilə İranın Ankara səfiri Məhəmməd İbrahim Taherian Fardın Suriyadakı rejimin İdlibin gərginliyi azaltma bölgələrindəki hücumlarına görə XİN-ə çağırıldığı bildirilib.

Diplomlatik mənbələrdən əldə edilən məlumata əsasən, Türkiyənin rejimin Suriyadakı gərginliyi azaltma bölgələrində pozuntulara yol verməsindən duyduğu narahatlıq ötən günlərdə hərbi və diplomatik vasitələrlə Astanada rejimin zaminliyini üzərinə götürən rus və iranlı rəsmilərə bildirilib.

Pozuntu hallarının davam etməsi qarşısında son olaraq Rusiyanın Ankara səfiri dünən XİN-ə çağırıldı və Türkiyənin bu mövzu barədəki narahatlığının güclü ifadələrlə dilə gətirildiyi vurğulandı.

Ayrıca 29-30 yanvarda Soçidə keçiriləcək “Suriya Milli Dialoq Konqresi” ilə əlaqəli prosesdə baş verən pozuntulara təcili son qoyulması üçün rejimə vacib olan ismarıcların verilməsi tələb edilib.

Həmin çərçivədə rejimin digər zamin ölkəsi İranın Ankara səfiri Fardın da XİN-ə çağırıldığı qeyd edilib.

Rejimin Suriyadakı gərginliyi azalatma bölgələrində pozuntulara yol verməsi məsələsi həmin zamanda Xarici İşlər Nazirliyi məsləhətçisi səfir Ümit Yalçının Suriya Milli Koalisiyasının sədri Riad Səifini qəbulunda müxalifət nümayəndələrilə də müzakirə olunub.

Rejim qüvvələrinin İdlib gərginliyi azlatma bölgəsinin cənub-şərqində bir müddətdir quruda keçirdiyi əməliyyat çərçivəsində son günlərdə  həmin bölgənin sərhədlərini pozaraq, bölgə daxilində qalan bir sıra yaşayış məntəqələrinə nəzarəti ələ keçirdiyi müşahidə olunurdu.

Türkiyə rejim qüvvələrinin bu şəkildə irəliləməsini bəsit bir atəşkəs rejiminin pozuntusu deyil, Astanada üç zamin ölkənin qəbul etdiyi razılaşmanın ziddinə İdlib gərginliyi azaltma bölgəsi sərhədlərinin pozuntusu kimi qiymətləndirir.  



Әlaqәli Xәbәrlәr