"Balkan coğrafiyasında da FETÖ-nün kökünü kəsəcəyik", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Xorvatiya prezidenti Kitarovic ilə təşkil etdiyi birgə mətbuat konfransında iki ölkə arasındakı əlaqələrlə yanaşı terrorla mübarizə məsələsinə də toxunub.

884875
"Balkan coğrafiyasında da FETÖ-nün kökünü kəsəcəyik", R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Xorvatiya prezidenti Kitarovic ilə təşkil etdiyi birgə mətbuat konfransında iki ölkə arasındakı əlaqələrlə yanaşı terrorla mübarizə məsələsinə də toxunub.

Dövlət başçısı qonaq dövlət başçısı Kitaroviclə terrorla mübarizə məsələsini də müzakirə etdiklərini və bu mövzu ilə əlaqəli olaraq onların da FETÖ terror təşkilatının Balkan coğrafiyasından kökünün kəsilməsi üçün fəaliyyətləri birgə davam etdirəcəklərini dilə gətirdiklərini bildirib.

İki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Ərdoğan “Balkanlarda sülh, sabitlik və rifahın yayğınlaşdırılmasında Xorvatiya ilə əməkdaşlığa önəm vəririk. İki ölkənin başda Balkanlar olmaqla regional və beynəlxalq platformalarda daha yaxın əməkdaşlıq içində olmalarının regional sülhə və sabitliyə xidmət göstərəcəyini düşünürəm. Avropanın bütövü ilə regional uyğunluq və iş birliyinin gücləndirilməsi istiqamətindəki hədəfləri bölüşürüq. İki ölkə arasındakı ticarət həcminin artırılmasını arzu edirik” deyə qed edib.

Həmkarı Kitarovic ilə ətraflı, faydalı görüşlər keçirdiklərini bildirən Ərdoğan 2013-cü ilin iyul ayının 1-dən bəridir Avropa İttifaqına üzv olan Xorvatiya ilə Avropa İttifaqı mövzularında əməkdaşlıq imkanlarını artırma mövzusunda da fikir mübadiləsi apardıqlarını dilə gətirib.

Ərdoğan Kitarovic ilə Qüds məsələsi, Türkiyə-Bosniya və Herseqovina-Xorvatiya üçtərəfli məxanizmin ilk yığıncağının keçirilməsi mövzusu ilə Suriya və İraqda davam edən prosesi də dəyərləndirdiklərini bildirib.

Xorvatiya prezidenti Kolinda Qrabar Kitarovic isə Türkiyənin Avropa İttifaqı yolunda irəliləməsinin İttifaqın da xeyrinə olduğunu söyləyib.

Kitarovic ölkəsinin Türkiyəyə milyonlarla qaçqının müxtəlif imkanlarla təmin edilməsinə görə minnətdarlığını dilə gətirib və deyib ki, Türkiyəyə bir daha gəldiyim zaman qaçqın mərkəzlərindən birinə baş çəkməyə ümid edirəm.

Keçən ilin ilk doqquz ayındakı ticarət həcminin sadəcə 350 milyon avro olduğunu qeyd edən qonaq prezident dövlət başçısı Ərdoğanın bir milyard dollarlıq hədəfinin mümkünlüyünü vurğulayıb.



Әlaqәli Xәbәrlәr