"THY dünyanın ən böyük təyyarə donanması olmalıdır", R.T.Ərdoğan

THY-nin xarici nümayəndələrini Cümhurbaşkanlığı Kompleksində qəbul edən R.T.Ərdoğan buradakı çıxışında THY işlərindən təriflə bəhs edib.

884828
"THY dünyanın ən böyük təyyarə donanması olmalıdır", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Hava Yolları dünyanın ən böyük təyyarə donanması olmalıdır”, - dedi.

  THY-nin xarici nümayəndələrini Cümhurbaşkanlığı Kompleksində qəbul edən R.T.Ərdoğan buradakı çıxışında THY işlərindən təriflə bəhs edib: “Türkiyə Hava Yolları ən uzun yollara uçmalı və dünyanın ən böyük təyyarə donanmasına malik olmalıdır. Artıq ən böyük hava yolu şirkətləri ilə rəqabətə girməyi bacarıb. İstanbulda tikilən dünyanın ən böyük aeroportu ilə ilk hədəfimiz dünyanın ən uzun yoluna uçmaqdır. Dünyanın harasına getsək, xaricilər Türk Hava Yollarından bəhs edir. Türkiyənin qlobal səviyyədə ən yaxşı şirkətlərindən biri THY-dır".



Әlaqәli Xәbәrlәr