“Türkiyə-Aİ əlaqələrinin gələcəyi baxımından yeni dövrə girdik”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransız “TF1” və “LCI” telekanallarına verdiyi müsahibədə Fransaya səfəri və iki ölkə arasındakı əlaqələri qiymətləndirib.

882059

Dövlət başçısı Fransa ilə son dövrdə regional və ikitərəfli əlaqələrdə müsbət addımlar atıldığını, iki ölkə və Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrinin gələcəyi baxımından yeni dövrə girildiyini və Fransa prezidenti Emanuel Makrona ümidinin olduğunu söyləyib.

Görüşdə təhlükəsizlik məsələsinin də gündəmə getiriləcəyini vurğulayan Ərdoğan Suriyadakı müharibənin ilk günlərindən etibarən bölgəyə gedən fransız döyüşçülərinin Türkiyədən keçdiyini və hərbin başa çatma mərhələsində bu insanların eyni yoldan Fransaya qayıdacaqları barədəki narahatlıq məsələsinə toxunub və liderlərin belə mövzularda narahat olmalarının normal olduğunu söyləyib. Ərdoğan Türkiyənin DEAŞ ilə mübarizədə olsun yaxud da daha ümumi mənada xarici döyüşçülərlə mübarizə məsələsində xeyli həssas olduğunu bildirib və bu mövzuda Türkiyə ilə əməkdaşlıq içində olan bütün ölkələrlə vacib olan addımların atılacağını qeyd edib.  

Dövlət başçısı Fransadakı terror aktları ilə Türkiyədəki FETÖ-nün çevriliş cəhdinin qarışdırıla bilməyəcəyini bildirərək, dövlətə qarşı təşəbbüs edilən bir çevriliş cəhdinin nəticələrinin daha ağır olmasının vacibliyini vurğulayıb.

“Fransada bir terror aktından sonra fövqəladə vəziyyət elan edildi və hələ də davam edir, Türkiyədə isə çevriliş cəhdi oldu. Türkiyə bir hüquq dövlətidir və atılan addımlar, görülən tədbirlər qanunlar çərçivəsindədir”-deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Ərdoğan bugün Fransaya səfər edəcək.

Әlaqәli Xәbәrlәr