"İki ölkə arasındakı əməkdaşlıq sülh üçün önəmlidir", R. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə və Fransa arasındakı əməkdaşlığın regional və beynəlxalq səviyyədəki sülh üçün həyatı əhəmiyyət kəsb etdiyini söyləyib.

882374
"İki ölkə arasındakı əməkdaşlıq sülh üçün önəmlidir", R. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə və Fransa arasındakı əməkdaşlığın regional və beynəlxalq səviyyədəki sülh üçün həyatı əhəmiyyət kəsb etdiyini söyləyib.

Dövlət başçısı Fransaya hərəkətindən əvvəl İstanbul Atatürk hava limanında mətbuat konfransı keçirib.

Ərdoğan səfəri zamanı Fransa prezidenti Ə.Makron ilə iqtisadiyyat, ticarət, müdafiə sənayesi, terrorla mübarizə kimi iki ölkənin də gündəmində ilk yeri tutan sahələrdə əməkdaşlıq mövzusunu müzakirə edəcəklərini söyləyib.

Dövlət başçısı “Prezident Makron ilə müxtəlif mövzularda yaxın əlaqə saxlayırıq, ətraflı və güclü bir tərəfdaşlıq əsasında, xüsusilə bu səfərimə böyük əhəmiyyət verirəm” deyib.

“Müdafiə sənayesi və enerji daxil olmaqla bütün sahələrdə əməkdaşlığımızı gücləndirməyə hazırıq. Müdafiə sənayesində xüsusilə üstünlük verdiyim Fransa-Türkiyə- İtaliya üçtərəfli olaraq milli müdafiə raketlərinin buraxılması mövzusunda atacağımız addım böyük əhəmiyyət daşıyır. Səfərim zamanı bu məsələni bir daha müzakirə edəcəyik.” deyə Ərdoğan vurğulayıb.

ABŞ-dakı qalmaqallı Xaqan Atilla məhkəməsinə də toxunan Ərdoğan ABŞ-ın ədalət anlayışını yenidən gözdən keçirməsinin lazım olduğunu, belə bir ədalət anlayışının ola bilməyəcəyini, bu ölkənin dünyaya ədalət dərsi keçməyə cəhd göstərməməsinin vacibliyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr