Dövlət başçısı Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İranın ictimai dincliyi və sabitliyinin qorunmasının daşıdığı əhəmiyyəti vurğuladı.

880907
Dövlət başçısı Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdı

Dövlət başçısı Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdı.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İranın ictimai dincliyi və sabitliyinin qorunmasının daşıdığı əhəmiyyəti vurğuladı.

Telefon danışığında  İranda dekabrın 28-dən bəridir davam edən etiraz aksiyalarına toxunulub.

Ərdoğan Türkiyə olaraq İranın ictimai dincliyi və sabitliyinin qorunmasına əhəmiyyət verdiklərini vurğulayıb.

Ərdoğan iranlı həmkarına xalqın sülhməqsədli nümayiş haqqından istifadə edərkən  qanunların tapdalanmamasının vacibliyini dilə gətirməsinin məqsədəuyğun açıqlama olduğunu deyib.

İran prezidenti Ruhani də Ərdoğana həssaslığına görə təşəkkür edib və etiraz aksiyalarının bir neçə gün ərzində  başa çatmasına ümid etdiklərini söyləyib.

Ruhani ölkəsində son günlərdə hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları ilə əlaqəli olaraq qərəzli düşüncəli olan qeyri-qanuni aksiyalar qarşısında səssiz qalmayacaqlarını da bildirib.

İran Prezidentliyinin rəsmi internet səhifəsində yayımlanan açıqlamaya görə, telefon danışığında Ruhani “İranda xalq qanunlar çərçivəsində tənqidlərini ifadə edib, aksiya keçirməkdə sərbəstdir. Şübhə yoxdur ki, xalqımızın əmin-amanlığı və dincliyi bizim üçün çox önəmlidir və münasibətilə qərəzli olaraq keçirilən etiraz aksiyaları qarşısında səssiz qalmayacağıq” deyib.



Әlaqәli Xәbәrlәr