Xarici işlər naziri Çavuşoğlu: Almaniya ilə əlaqələrdə daha yaxşı bir il gözləyirik

Xarici işlər naziri Mövlud Çavuşoğlu, 2018-ci ilin Almaniya ilə əlaqələrdə daha yaxşı bir il olacağını bildirdi.

879754
Xarici işlər naziri Çavuşoğlu: Almaniya ilə əlaqələrdə daha yaxşı bir il gözləyirik

Xarici işlər naziri Mövlud Çavuşoğlu, 2018-ci ilin Almaniya ilə əlaqələrdə daha yaxşı bir il olacağını bildirdi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Alman xəbər agentliyi “DPA”nın Türkiyə-Almaniya əlaqələri ilə əlaqəli suallarına cavab verib.

Alman turistləri Türkiyədə yenidən tətilə çağıran xarici işlər naziri deyib ki, Türkiyə təhlükəsiz bir ölkədir.

Çavuşoğlu Türklərin Almanları ənənəvi mənada "yaxşı dostlar" kimi qiymətləndirdiyini xatırladaraq bildirib ki, dövlətlər və hökumətlər arasında ziddiyyətlər və hətta problemlər yarana bilər, lakin bu, xalqımız arasındakı əlaqələrə təsir etməməlidir.

Çavuşoğlu Türkiyə-Almaniya əlaqələri barədə isə iki tərəfin də münasibətləri normallaşdırmağa hazır olduğunu deyib.

Müsahibədə Türkiyənin Avropa İttifaqı (Aİ) ilə arasındakı tamhüquqlu üzvlük müzakirələri mövzusuna da toxunan xarici işlər naziri Çavuşoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığın "Qərbə alternativ" olmadığını söyləyib.

Türkiyənin üzvlük hədəfini qoruduğunu ifadə edən xarici işlər naziri "Aİ daxilində Almaniya, Avstriya və yaxın zamanda Danimarka olmaqla, üzvlüyümüz əleyhinə olan bir neçə ölkə var" deyib.



Әlaqәli Xәbәrlәr