Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vətəndaşları yeni il münasibətilə təbrik etdi

Ərdoğan "2018-ci ildə daxildə və xaricdə çox əhəmiyyətli yeniliklər bizi gözləyir" deye vurğulayıb.

879122
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vətəndaşları yeni il münasibətilə təbrik etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vətəndaşları yeni il münasibətilə təbrik etdi.

 Ərdoğan "2018-ci ildə daxildə və xaricdə çox əhəmiyyətli yeniliklər bizi gözləyir" deye vurğulayıb.

Təbrikdə ​​terrorla mübarizənin davam edəcəyini ifadə edən Ərdoğan deyib ki, FETÖ (Fetullahçı Terror Təşkilatı) və PKK başda olmaqla terror təşkilatları ilə mübarizə mövzusunda çox əhəmiyyətli addımları atdığımız 2017-ci ildə xüsusilə iqtisadiyyat sahəsində ciddi hücumlarla qarşı-qarşıya qaldıq. Ancaq millətimizin ehtiyatlı olması,  hökumətimizin təcrübəsi və dostlarımızın dəstəyilə bütün bu hücumları geri oturduq.

2019-ci ilin mart ayında keçiriləcək bələdiyyə seçkilərdə eyni ilin noyabr ayında keçiriləcək millət vəkili və prezident seçkilərinin Türkiyənin gələcəyi baxımından kritik əhəmiyyətə sahib olduğunu vurğulayan Ərdoğan bildirib ki, bütün vatandaşlarımdan ölkəmizin və millətimizin gələcəyi üçün həyəcanı, hədəfi, layihəsi, enerjisi olan işçi heyətlərinə yiyə durmalarını, onlara yol göstərmələrini gözləyirəm. Bu kritik prosesdə təkhirklərə qarşı sayıq olmalı, siyasi hesablar uğruna bizi bir-birimizə salmaq istəyənlərə əsla imkan verməməliyik.

Başladılan məşğulluq səfərbərliyinə də toxunan dövlət başçısı Ərdoğan bununla bağlı tədbirlərin keçən il olduğu kimi bu il də davam etdiriləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr