Türkiyə Misirin paytaxtı Qahirədəki kilsədə törədilən terror hücumunu pislədi

Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada çox sayda adamın həyatını itirdiyi terror aktının qınandığı bildirilib.

878631

Açıqlamada həyatını itirənlərin ailələrinə və Misir xalqına başsağlığı verilib, yaralılara da təcili şəfa dilənib.

Bu arada Misir, Oman, Fələstin, Sudan, Yəmən, İordaniya, Fəth Hərəkatı, El-Əzhər, Müsəlman Qardaşlar Təşkilatı (İhvan) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) və Almaniyanın Qahirə səfirlikləri də, Qahirədəki terror hücumunu pisləyib.

Qeyd edək ki, paytaxt Qahirənin cənubunda yerləşən Hilvanda kilsələrdən birinə dünən təşkil edilən terror aktında hücum edənlərdən biri ilə yanaşı 7-si qıbti 9 nəfər ölmüş, 5 nəfər də yaralanmışdı.

Hücumun məsuliyyətini DEAŞ terror təşkilatı üzərinə götürüb.

Әlaqәli Xәbәrlәr