Türkiyə quracağı stansiyadan öz peykini fırladacaq

Dövlət başçısı Türkiyənin artıq pilotsuz uçuş aparatı istehsal etməklə yanaşı silahlı pilotsuz uçuş aparatını istehsal edəcək gücə qovuşduğunu bildirib.

877762
Türkiyə quracağı stansiyadan öz peykini fırladacaq

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cümhurbaşqanlığı Külliyəsində təşkil edilən Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK) mükafat təqdimetmə mərasimində çıxış etdi.

Çıxışında Sudan səfərinə də toxunan Ərdoğan Sevakin adasında bərpa işlərinin aparılması nəticəsində Adanın turizm mərkəzinə çevriləcəyini söyləyib.

Dövlət başçısı Türkiyənin artıq pilotsuz uçuş aparatı istehsal etməklə yanaşı silahlı pilotsuz uçuş aparatını istehsal edəcək gücə qovuşduğunu da bildirərək deyib ki, pilotsuz uçuş hava aparatlarımız 32 min fitə çıxır. Terrorla mübarizədəki uğurlarımızın arxasında hazırda onların da  köməyi var. Pilotsuz hava uçuş aparatları ilə əlaqəli fəaliyyətlərimiz davam edir. Quracağımız stansiyadan pəykimizi fırlatmağın yolunu axtaracağıq.



Әlaqәli Xәbәrlәr