THY sərnişin təyyarəsi xəstəyə görə Kanada hava limanına endi

Türk Hava Yollarının (THY) New York-İstanbul səfərini həyata keçirən sərnişin təyyarəsi xəstələnən bir sərnişinə görə Kanadanın Halifax hava limanına istiqamətləndirilib.

877624

ABŞ-ın New York şəhərindən İstanbul Atatürk hava limanına getmək üçün hərəkət edən THY-nin sərnişin təyyarəsindəki sərnişinlərdən biri xəstələnib.

İlk müalicəsi təyyarədəki həkim tərəfindən edilən 21 yaşındakı ABŞ-lı sərnişin üçün təyyarənin Halifax hava limanına enməsi qərara alınıb.

Lazımlı icazələrin alınmasından sonra təyyarə hava limanına probləmsiz enib.

Xərəklə təyyarədən götürülərək xəstəxanaya aparılan sərnişinin şüurunun   açıq şəkildə müalicə olunduğu bildirilib.

Әlaqәli Xәbәrlәr