Ərdoğan Çada səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandan sonra Çadın paytaxtı Ncamenaya səfər etdi.

875996
Ərdoğan Çada səfər etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudandan sonra Çadın paytaxtı Ncamenaya səfər etdi.

Rəcəb Tayyib Ərdoğanı Xartum Beynəlxalq Hava Limanından Sudan prezidenti Ömər əl Bəşir və xanımı Widad Babiker Ömer Modawi,T ürkiyənin Xartum səfiri İrfan Nəziroğlu, Sudanın dövlət adamları yola saldılar.

Ərdoğan Afrika səfəri çərçivəsində ikinci dayanacağı olan Çadda rəsmi qarşılama mərasimindən sonra Prezident Sarayında Çad prezidenti İdriss Deby ilə təkbətək və heyətlərarası görüşlərə qatılacaq.

Müqavilələrin imzalanması və iki prezidentin birgə mətbuat konfransından sonra Çad prezidenti Deby tərəfindən prezident Ərdoğanın şərəfinə ziyafət veriləcək.

 

 

 

 



Әlaqәli Xәbәrlәr