Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sudanda görüşlərini davam etdirir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sudana etdiyi iki günlük səfəri çərçivəsində görüşlərini davam etdirir.

875298
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sudanda görüşlərini davam etdirir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Sudana etdiyi iki günlük səfəri çərçivəsində görüşlərini davam etdirir.

Dünən Sudan prezidenti Əl Bəşirin rəsmi mərasimlə qarşıladığı Ərdoğan görüşlərdən sonra Sudan Məclisində çıxış etdi.  

Ərdoğan Sudan Yüksək Dövlət Ordeni ilə təltif edildi. Görüşlər zamanı Əl Bəşir Ərdoğana iki şir balası hədiyyə etdi.

Dövlət başçısı bugün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmir etdirdiyi Osmanlı əsərlərinin yerləşdiyi Suakin şəhərinə gedəcək.

Xartum universitetində Ərdoğana fəxri doktor adı veriləcək.

Dövlət başçısı axşam radələrində isə Türkiyə-Sudan İş Forumunda iki ölkənin iş adamlarına müraciət edəcək.

Ərdoğan gecə Sudanda olacaq, sabah səhər radələrində isə Çada gedəcək.



Әlaqәli Xәbәrlәr