Ərdoğanla Putin arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı oldu.

873737
Ərdoğanla Putin arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı oldu.

Ərdoğan telefon görüşündə Putinə  BMT Baş Məclisində ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını heçə endirən qətnamə layihəsinə dəstək verdiyinə görə təşəkkür etdi.

Telefon danışığında regional məsələlər, ikitərəfli əlaqələr və energetika sahəsindəki müqavilələr də müzakirə olundu.

 

 

 



Әlaqәli Xәbәrlәr