“Qərarı rədd edən qətnamənin qəbul edilməsini məmnunluqla qarşılayırıq”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsinin məmnunluqla qarşılandığını bildirdi.

873366

Dövlət başçısı Ərdoğan BMT Baş Məclisində ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını böyük səs çoxluğu ilə rədd edən qətnamənin qəbul edilməsini məmnunluqla qarşıladığını vurğulayaraq bildirib ki, BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsini məmnunluqla qarşılayırıq. Tramp rəhbərliyinin BMT Baş Məclisi tərəfindən hüquqa ziddi olduğunu ən açıq şəkildə ortaya qoyulan bu talehsiz qərarından yaxın zamanda imtina etməsini gözləyirik. Fələstin və Qüds davasına dəstək verən hər kəsə şəxsim və millətim adından təşəkkür edirəm.

Türkiyə Prezident Aparatının sözcüsü İbrahim Kalın da  Twitter hesabındakı paylaşmasında: “Trump rəhbərliyinin Qüds qərarını rədd edən qətnamə layihəsi BMT Baş Məclisində  əleyhinə verilən 9 səsə qarşı lehinə verilən 128 səslə qəbul edildi. Bu, Qüds adına, Fələstinin mübarizəsi adına, bəşəri ədalət və vicdan adına qəbul edilmiş tarixi bir qərardır” deyə bildirdi.

Әlaqәli Xәbәrlәr