Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünyanın 5-dən böyük olduğunu bir daha vurğuladı

Dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının mərkəz qərargahında partiyanın şəhər sədrlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edib.

873798
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünyanın 5-dən böyük olduğunu bir daha vurğuladı

Dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının mərkəz qərargahında partiyanın şəhər sədrlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yığıncaqda BMT Baş Məclisinin ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamənin qəbul edilməsinə toxunaraq deyib ki, indi bir daha xatırladıram, dünya 5-dən böyük (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü), birdən də  xeyli böyükdür. ABŞ-ın mövzunun Baş Məclisdəki görüşü əvvəlində ortaya qoyduğu mövqe isə insanlığın vicdanında dərin yaralar açıb. Döyüş təyyarələri, bombalar sizə güc qazandırmaz. Yanınızda sadəcə İsrail və ona oxşar 5-6 ölkə ola bilər, qarşınızda 128 ölkənin dayandığını görürsünüz. Heç bir ölkənin, açıq şəkildə hüquqa zidd və ədalətsizlik nümunəsi olan belə hallarda, maliyyə və siyasi gücünə güvənərək bütün dünyanı qayğısız şəkildə təhdid etməyə haqqı yoxdur.

ABŞ-ın qətnamənin əleyinə səs verməmələri üçün ölkələri təhdid etdiyini xatırladan Ərdoğan “Dövlətlərin iradələri nə zamandan bəridir pulla satın alınmağa başlandı. Demokratiya iradələrin satın alındığı bir qavrayış, bir sistem, bir rejim deyildir. Buna belə yanaşanlar varsa onlar da dərsini almağa məhkumdur” deyib.

BMT Baş Məclisinin təhdidlərə baxmayaraq şərəfli mövqe nümayiş etdirdiyini vurğulayan Ərdoğan  9 ölkənin qərarın əleyhinə, 128 ölkənin isə lehinə səs verdiyini bildirərək qəbul səsi verən bütün dövlətləri təbrik edib.

ABŞ-ın Qüdslə əlaqəli atdığı addımın hüquq əsaslarına zidd və qanunsuz olduğunun BMT tərəfindən də ortaya qoyulduğunu qeyd edən Ərdoğan “Arzu edirəm ki, ABŞ bu nəticəni düşünər” deyib.



Әlaqәli Xәbәrlәr