Baş nazir Binali Yıldırım Trumpa sərt reaksiya verib

ABŞ prezidenti Donald Trumpın, Qüdsü israilin paytaxtı elan etdiyi qərarına etiraz edəcək ölkələri təhdid etməsinə Baş nazir B.Yıldırım sərt reaksiya verib.

873079
Baş nazir Binali Yıldırım Trumpa sərt reaksiya verib

Ankarada İstanbul Texniki Universiteti (İTİ) Məzunları sammitində çıxış edən  Baş nazir B.Yıldırım,  Trumpın  tək tərəfli qəbul etdiyi Qüds qərarının  İstanbulda baş  tutan İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə sammitində daha  bir dəfə  rədd edildiyini  xatırladıb.  

BMT Təhlükəsizlik Şurasında qərara 14 ölkənin əliyhdə  səs verdiyini ifadə edən Yıldırım, qərar ilə bağlı  bu gün də BMT-nin  ümum iclasında  səsvermə olacağını qeyd edib.  Bu səbəbdən BMT-nin ümumi iclasında  bu gün qərara qarşı  keçiriləcək səs vermədə müxalifləri təhdid etməyə başladığını, onları maliyyə yardımını kəsməkdə təhdid edərək:  “Bizə qarşı səs verənləri qeydiyyata alırıq. Bizdən yüz milyonlarla, hətta milyardlarla dollar alırlar, sonra bizə qarşı səs verirlər. Səsverməni izləyəcəyik” dediyini xatırladaraq vurğulayıb ki, siz hər nə  qədər güclü olsanız olun hər ölkə suverendir. Müstəqil qərar qəbul edəcək kamilliyə malikdir. güclü olmaq haqlı olmaq mənasını verməz.



Әlaqәli Xәbәrlәr