Türkiyədən Amerika Birləşmiş Ştatlarına viza cavabı
Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ ABŞ-ın Ankara Səfirliyinin Türkiyədəki nümayəndəliklərində viza görüşlərinin 2019-ci ilin yanvar ayından etibarən veriləcəyi barəsindəki məlumatından sonra Türkiyənin də məhdudiyyətlər qoyacağını bildirdi.
Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ ABŞ-ın Ankara Səfirliyinin Türkiyədəki nümayəndəliklərində miqrasiya ilə bağlı viza müraciətləri istisna olmaqla, viza görüşlərinin 2019-ci ilin yanvar ayından etibarən veriləcəyi barəsindəki məlumatından sonra Türkiyənin də müəyyən məhdudiyyətlər qoyacağını bildirdi.
Akdağ Qadın və Demokratiya Dərnəyinin ev sahibliyi ilə İstanbulda təşkil olunan toplantıda qadın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdü.
Mətbuata qapalı keçirilən toplantıdan sonra jurnalistlərin gündəmə dair suallarını cavablandıran Akdağ ABŞ-ın Ankara Səfirliyinin viza açıqlaması ilə bağlı bunları söylədi: "Artıq bu məsələni bütünlüklə həll etmək lazımdır. Qarşılıqlı addımlar atıldı. İki ölkəyə gəlib- gedən insanların işlərini asanlaşdırmaq lazımdır. Əslində, Amerika Birləşmiş Ştatlarının bu mövqeyi Amerika vətəndaşlarının işini də çətinləşdirir. Biz də Türkiyə Respublikası olaraq vizalar məsələsində müəyyən məhdudiyyətlər qoyuruq. Tezliklə bu mənasız mövqedən imtina edilməlidir, məncə".
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...