"Qüdslə bağlı qətnaməni indi isə Baş Assambleyanın gündəminə gətirəcəyik",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasına təqdim edilən Qüdslə bağlı qətnaməni indi isə Baş Assambleyanın gündəminə gətirəcəklərini söyləyib.

871871
"Qüdslə bağlı qətnaməni indi isə Baş Assambleyanın gündəminə gətirəcəyik",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasına təqdim edilən Qüdslə bağlı qətnaməni indi isə Baş Assambleyanın gündəminə gətirəcəklərini söyləyib.

Ərdoğan Ankarada rəsmi səfərdə olan Cibuti prezidenti Ömər Quelleh ilə təkbətək və heyətlər arasında baş tutan görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edib.

Ərdoğan 1977-ci ildə müstəqilliyinə qovuşan Cibutinin bu il müstəqilliyinin 40-cı ildönümünü qeyd etdiyini, hörmətli prezidentin simasında bütün cibutili qardaşları təbrik etdiyini bildirib.

Dövlət başçısı Cibuti prezidenti Quellenin hər zaman Türkiyənin yanında olduğunu, 15 iyul xain çevriliş cəhdindən dərhal sonra ölkəmizə  dəstəyini, millitimizlə həmrəyliyini açıq şəkildə ortaya qoyduğunu, buna görə başda hörmətli prezident olmaqla bütün Cibuti xalqına təşəkkür etdiyini deyib.

İslam aləminin birliyinə, bərabərliyinə və həmrəyliyinə ən çox ehtiyac hiss edildiyi günlərdən keçildiyini vurğulayan Ərdoğan “Bu dönəmdə İslam ölkələrinin aralarındakı süni problemləri bir tərəfə qoyub birlik olmaları, əməkdaşlıq etmələri vacibdir. Hörmətli prezident Quellehin bu səfəri İslam ölkələri arasındakı həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir” deyib.

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə yığıncağında Cibutinin də baş nazir səviyyəsində iştirak etdiyini xatırladan Ərdoğan bildirib ki, İstanbulda hər baxımdan çox uğurlu bir toplantı keçirildi. Qüdsün müdəqqəsliyinin və tarixi statusunun qorunması nöqtəsində həssas qərarlar qəbul etdik. Məlum olduğu kimi məsələ BMT-də müzakirəyə çıxarıldı. Qüdsün tarixi statusunu dəyişəcək bu təhlükəli addımın qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnaməyə təəssüf ki, ABŞ veto qoydu. Qərar layihəsini digər 14 üzv ölkənin dəstəkləməsi, önəmli və mənalıdır. İndi həmin lahiyəni BMT Baş Assambleyasının gündəminə çıxaracağıq. Beynəlxalq ictimaiyyətin Baş Məclisdə ədalət, haqq və sülhdən tərəf güclü mövqe ortaya qoyacağına inanıram. Bir daha BMT üzvü bütün ölkələri Qüdsün tarixi statusuna yiyə durmağa dəvət edirəm. Türkiyə olaraq bu məsələni sonuna qədər təqib edəcəyik.



Әlaqәli Xәbәrlәr