“Türkiyənin uzaqgörən liderliyi böyük əhəmmiyət daşıyır”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Məclisdə Cibuti prezidenti İsmayıl Ömər Guelleh ilə görüşüb.

871638
“Türkiyənin uzaqgörən liderliyi böyük əhəmmiyət daşıyır”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman Məclisdə Cibuti prezidenti İsmayıl Ömər Guelleh ilə görüşüb.

Qonaq prezident görüşün əvvəlində etdiyi çıxışda TBMM sədri Kahramanın qonağı olduğuna görə fəxr etdiyini söyləyib.  

Guelleh 2009-cu ildən sonra Türkiyəyə etdiyi bu ikinci səfərini geniş heyətlə reallaşdırdığını bildirərək deyib ki, səfərim müddətində Türkiyə ilə əlaqələrimiz müzakirə olunacaq və Türkiyənin necə irəliləyiş qeyd etdiyini görmə imkanı əldə edəcəyik. Əlaqələrimizi necə inkişaf etdirəcəyimizi və son səfərimdən sonra ikitərəfli əlaqələrdə hansı addımların atıldığı müzakirə olunacaq. Türkiyənin inkişafı və güclənməsi böyük əhəmiyyət daşıyır. Türkiyənin uzaqgörən liderliyi isə ümmət baxımından əhəmiyyətlidir.

Görüş daha sonra mətbuata qapalı davam edib.

Guellah görüşdən sonra 15 iyul 2016 Fətullahçı terror təşkilatının uğursuz çevriliş cəhdi zamanı TBMM-də bombalanan hissələrini gəzib və çiçək qoyub.

Guellah və Kahraman TBMM Baş Assambleyasında bir müddət fəaliyyətləri izləyiblər.



Әlaqәli Xәbәrlәr