“Türkiyə arakanlı müsəlmanlara dəstəyini davam etdirəcək”

Baş nazir Binəli Yıldırım Banqladeşə səfəri çərçivəsində bu ölkənin baş naziri Şeyx Hasina ilə iki ölkə arasında müqavilələrin imza mərasimindən sonra birgə mətbuat konfransı təşkil edib.

871702
“Türkiyə arakanlı müsəlmanlara dəstəyini davam etdirəcək”

Baş nazir Binəli Yıldırım Banqladeşə səfəri çərçivəsində bu ölkənin baş naziri Şeyx Hasina ilə iki ölkə arasında müqavilələrin imza mərasimindən sonra birgə mətbuat konfransı təşkil edib.

Baş nazir Yıldırım öz növbəsində deyib ki, xüsusilə keçən il Türkiyədə 15 iyulda Fətullahçı terror təşkilatının xain çevriliş cəhdindən sonra Benqal xalqının demokratiyanın və Türkiyə hökumətinin yayında yer almasını unutmadıq, buna görə təşəkkür edirik.

Avqustun 25-dən bəridir buddist fanatiklərin və Myanma ordusunun qətliamına məruz qalan və evlərini tərk edib Banqladeşə sığınan arakanlı müsəlmanların problemlərinə də toxunan Yıldırım qeyd edib ki, humanitar yardım və siyasi həll mövzusunda daha fəal hərəkət edilməlidir. Siyasi həll yolu təmin edilənədək çətin şərtlərdə yaşamağa çalışan 10 milyona yaxın qaçqının yüklərinin azaldılması, problemlərinin mümkün olduğu qədər həll edilməsi barədə Türkiyə olaraq bu prosesin başından bəridir hər zaman vasitəçi olmaqda cəhd göstərdik. Bundan sonra da Banqladeş hökumətinin istiqamətləndirməsi və rəhbərliyində lazım olan dəstəyi verməkdə davam edəcəyik.

Qüdsün təktərəfli olaraq İsrailin paytaxtı elan edilməsindən sonra dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında İslam Əməkdaşlıq Təşkilatının fövqəladə yığıncaq keçirdiyini xatırladan Yıldırım Banqladeş prezidenti Abdul Həmidin iştirakı ilə Benqal xalqının verdiyi dəstəyi təqdirlə qarşıladıqlarını da qeyd edib.



Әlaqәli Xәbәrlәr