İbrahim Kalın Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinə reaksiya göstərdi

Dövlət başçısının sözçüsü İbrahim Kalın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinə reaksiya göstərdi.

871684
İbrahim Kalın Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinə reaksiya göstərdi

Dövlət başçısının sözçüsü İbrahim Kalın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinə reaksiya göstərdi.

İbrahim Kalın sosial şəbəkədə bir istifadəçinin Türkiyə, Türklər və dövlət başçısı Tayyib Ərdoğan əleyhinə olan yazını paylaşan BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayedə reaksiya göstərdi.

İ.Kalın Zayedin “twitter”də bir istifadəçinin Mədinəni müdafiə edən Fəxrəddin Paşanın (Fəxrəddin Paşa Birinci Dünya müharibəsində Hicaz cəbhəsində müqəddəs torpaqları ingilislərə qarşı müdafiə edən Osmanlı hərbi hissələrinin komandiri) yerli xalqa qarşı cinayət işlədiyini iddia edən və dövlət başçısı Ərdoğan əleyhinə düşüncə əhatə edən yazısını paylaşması qarşısında “twitter’dən açıqlama yazdı.

Kalın bildirib ki, Zayedin Türklər və Ərəbləri bir daha qarşı-qarşıya gətirməyə cəhd göstərən bu təbliğat yalanını “retweet” etməsi çox ayıbdır. O zaman Mədinəni ingilis planlarına qarşı cəsur şəkildə müdafiə edən Fəxrəddin Paşa idi. İndi yeni moda nəyin bahasına olarsa olsun dövlət başçısı Ərdoğana hücum etməkdirmi?



Әlaqәli Xәbәrlәr