Baş nazir Binəli Yıldırım Banqladeşdə görüşlər keçirir

Baş nazir Binəli Yıldırım səfəri zamanı Türkiyənin Dəkkə Səfirliyi binasının təməlqoyma mərasimində iştirak edib.

871521
Baş nazir Binəli Yıldırım Banqladeşdə görüşlər keçirir

Baş nazir Binəli Yıldırım səfəri zamanı Türkiyənin Dəkkə Səfirliyi binasının təməlqoyma mərasimində iştirak edib.

Yıldırım mərasimdə çıxış edərək deyib ki, səfirlik binası kompleks olaraq inşa ediləcək. Türkiyəyə yaraşan bu bina 2019-cı ildə xidmətə açılacaq.

Dəkkədəki Milli Şəhidlər abidəsinə də baş çəkən Yıldırım xatirə dəftərinə bunları yazıb: 1971-ci ildə Müstəqillik Müharibəsində həyatını itirən cəsur benqalları Türk milləti və özüm adından yad etmə imkanı tapdım. İki ölkə xalqları arasındakı qardaşlıq əlaqələri müstəqil Banqladeş dövlətinin qurulmasından əvvəlinə gedib çıxır. Türk milləti bu ölkədən qardaşlarının Qurtuluş Müharibəsində (1919-1923) verdiyi dəstəyi əsla unutmayacaqdır. Ölkələri üçün cəsarətləri ilə toqquşan Banqladeş şəhidlərinə hörmət göstərməkdən qürur duyuram. Onların mirası Banqladeş xalqını bu demokratik, firavan və coşğulu ölkənin yaranmasında cəsarətləndirmişdir.

Digər tərəfdən baş nazir Yıldırım Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Shaheed Suhrawardy tibbi fakültəsi və araşdırma xəstəxanasında qurulan kimyəvi üsulla müalicə bölməsini xidmətə açıb. Sonra isə Banqladeşin qurucu lideri Banqabandhu Şeyx Mucibur Rəhmanın qəbrinin olduğu Banqabandhu abidə muzeyini ziyarət edərək xatirə dəftərini imzalayıb.



Әlaqәli Xәbәrlәr