Türkiyә Pakistanda törәdilәn terror aktını qınadı

Hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.

870478
Türkiyә Pakistanda törәdilәn terror aktını qınadı

Türkiyә Pakistanın Ketta şәhәrindәki kilsәyә tәşkil edilәn hücumu qınadı.

Türkiyә Xarici İşlәr Nazirliyindәn mövzu ilә bağlı verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Bu xain terror aktını qınayır, dost vә qardaş Pakistan hökumәti vә xalqına dәrin hüznlә başsağlığı veririk’’

Qeyd edәk ki, Pakistanın Katta şәhәrindәki bir kilsәyә tәşkil edilәn hücum nәticәsindә 9 nәfәr hәlak olub. Hücumun iki terrorçu-kamikadze tәrәfindәn törәdildiyi bildirilib.

Hücuma görә mәsuliyyәti terror tәşkilatı DEAŞ öz üzәrinә götürüb.



Әlaqәli Xәbәrlәr