Son bir həftədə 28 terrorçu zərərsizləşdirildi

Türkiyə miqyasında 11-18 dekabr tarixləri arasında həyata keçirilən əməliyyatlarda 28 terrorçu zərərsizləşdirildi.

870648
Son bir həftədə 28 terrorçu zərərsizləşdirildi

Türkiyə miqyasında 11-18 dekabr tarixləri arasında həyata keçirilən əməliyyatlarda 28 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, son bir həftədə terror təşkilatları ilə mübarizədə təhlükəsizlik qüvvələri min 187 əməliyyat həyata keçirdi.

Əməliyyatlarda terror təşkilatı PKK-ya yardım etdikləri iddiası ilə 148, terror təşkilatı DEAŞ ilə əlaqədə olduqları iddiası ilə 75, Fətullahçı Terrror Təşkilatı/Paralel Dövlət İdarəçiliyi (FETÖ/PYD) ilə mübarizə çərçivəsində  575, sol meyilli təşkilatlarla mübarizədə isə 24 şübhəli saxlanıldı.

Planlaşdırılmış əməliyyatlarda 822 terror cinayətləri, 119-u nizamsız köç və 3 min 716-sı narkotik maddə və qaçaqçılıq cinayətyərinə görə 4 min 657 şübhəli yaxalandı.

Əməliyyatlarda 9-u ölü, 4-ü sağ, 15-i təslim olmaqla 28 terrorçu zərərsizləşdirildi.

Zərərsizləşdirilən terrorçular arasında Nazirliyin “Axtarılan terrorçular siyahısı”nda başına bir milyon mükafat qoyulan kateqoriyada yer alan “Fərhat Yılmaz” ləqəbli  Murat Dağ da var.

Ağrı, Batman, Bingöl, Diyarbəkir, Mardin, Şırnak, Tunceli və Girəsunda həyata keçirilən əməliyyatda təşkilat mənsublarının istifadə etdiyi 81 sığınacaq yer və mağara ilə18 partlayıcı maddə və mina məhv edildi, müxtəlif miqdarda silah-sursat  ələ keçirildi.



Әlaqәli Xәbәrlәr