Ərdoğan:"Biz bir olsaq, torpaqlarımızda əkilməyə çalışılan fitnə toxumları heç vaxt cücərməz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çətinlikləri səbrlə qarşılayan, doğru yolda olan, birləşən bir milləti heç bir gücün yıxa bilməyəcəyini söylədi.

870401
Ərdoğan:"Biz bir olsaq, torpaqlarımızda əkilməyə çalışılan fitnə toxumları heç vaxt cücərməz"

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən "Həzrəti Mövlananın 744-cü Vüsal İldönümü Programı"nda iştirak etdi.
 
 Prezident Ərdoğan proqramda Mövlananın əsrlərlə əvvəl birlik, bərabərlik, sevgi və qardaşlığa dair söylədiklərinin günümüzə də işıq tutduğunu vurğuladı.
 
 Ərdoğan:"Bəzi qüvvələr müsəlmanların hisslərinə məhəl qoymayaraq və hətta şüurlu şəkildə tapdalayaraq, səbrimizi sınaya bilərlər. Amma Mövlana Həzrətlərinin bizə zorakılıq və fitnə ilə hakimiyyət xəyalında olnaların nə qədər böyük bir qəflət içində olduqlarını çox aydın şəkildə göstərir" dedi.
 
  Ərdoğan çətinlikləri səbrlə qarşılayan, doğru yolda olan, birləşən bir milləti heç bir gücün yıxa bilməyəcəyini söylədi.
 

Türkiyə prezidenti:" Biz bir və bərabər olsaq, Allahın izniylə, torpaqlarımızda əkilməyə çalışılan fitnə toxumları heç vaxt cücərməz" dedi.
 
 



Әlaqәli Xәbәrlәr