Baş nazir Binəli Yıldırım tacikistanlı həmkarı Kohir Rasulzoda ilə görüş keçirib

Baş nazir Binəli Yıldırım İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə yığıncağında iştirak etmək üçün Türkiyəyə gələn tacikistanlı həmkarı Kohir Rasulzoda ilə görüş keçirib.

867323

Görüşdə Qüdsün statusu və İƏT-nin fövqəladə zirvə yığıncağından danışılıb, ikitərəfli mövzular müzakirə olunub.

Həmin çərçivədə görüşdə Tacikistanın 15 iyul çevriliş cəhdindən sonra Türkiyə ilə əməkdaşlığına görə təşəkkür edilib, ikitərəfli əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsində mövcud iradən dilə gətirilib və son illərdə azalmanın müşahidə edildiyi ikitərəfli ticarət həcminin 1 milyard dollar səviyyəsinə qaldırılması vurğulanıb.

Görüşdə qonaq baş nazir Rasulzoda Qüds mövzusunda Türkiyənin qaldırdığı təşəbbüsün düzgün qərar olduğunu dilə gətirib.

İkitərəfli əlaqələr çərçivəsində Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) mövzusunda Türkiyənin yayında olmaqda davam edəcəklərini vurğulayan Rasulzoda iki ölkə əlaqələrinin gerçək potensiyalına qovuşması üçün vacib olanı yerinə yətirməyə hazır olduqlarını dilə gətirib.

Әlaqәli Xәbәrlәr