Türkiyə bölgəsinin ən səvilən ölkəsidir

Rəcəb Tayyib Ərdoğan isə ən səvilən lider…

866720
Türkiyə bölgəsinin ən səvilən ölkəsidir

Mərkəzi qərargahı AŞB-da yerləşən PEW adlı təşkilatın araştırmasının nəticəsinə görə, Türkiyə bölgədə 10 il əvvəli ilə müqayisədə təsir dairəsini ən çox artıran ölkə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə ən çox sevilən liderdir.

PEW adlı araşdırma təşkilatı Türkiyə, İran, Rusiya, Səudiyyə Ərəbistanı, İsrail və Misiri əhatə edən xalq sorğusu apardı.

Araşdırmada iştirak edənlərin əksəriyyəti Türkiyə, ABŞ və Rusiyanın bölgədə oynadığı rolün 10 ildə keçmişlə müqayisədə daha böyük əhəmiyyət qazandığını söylədi.

Türkiyənin keçmişlə müqayisədə daha böyük rol götürdüyünü söyləyənlərin nisbəti 63 faiz olaraq qeydə alındı.

Rusiyanın bölgədə götürdüyü rola müsbət yanaşdıqlarını söyləyənlərin nisbəti 35 faiz olduqda, həmin nisbət ABŞ üçün 27 faiz oldu.

Bölgədə götürdüyü rolun keçən on illə müqayisədə daha çox artdığı düşünülən ölkələr sırasında Türkiyə 63 faizlə birinci yeri tutdu.

İordaniyalıların 76, livanlıların 63, tunislilərin 59, İsraillilərin 33 faizi Türkiyənin Orta Şərq və Şimalı Afrikada nüfuzunu artırdığını düşünür.

Bölgədə oynadığı rol baxımından Türkiyə ən müsbət yanaşılan ölkə kimi ön plana çıxır.

Araşdırma çərçivəsində bölgə ölkələrinin liderlərinə necə yanaşdığı da sual edildi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan araşdırma çərçivəsində sual edilən liderlər arasında ən populyar lider oldu.

Ərdoğanın populyarlığı İordaniyada 66, Tunisdə 59, Livanda 42, İsraildə isə 15 faiz olaraq qeydə alındı.  



Әlaqәli Xәbәrlәr