İslam ölkələrinin liderləri Türkiyədə Qüds üçün yığıncaq keçirəcək

Sabah baş tutacaq zirvə yığıncağı çərçivəsində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam ölkələrinin liderlərilə bir araya gələrək Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasına qarşı atılacaq addımları müzakirə edəcək.

866924
İslam ölkələrinin liderləri Türkiyədə Qüds üçün yığıncaq keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ prezidenti D.Trumpun Qüdsü İsrailin paytaxtı kimi tanıma və ölkənin səfirliyini Tel-Əvivdən Qüdsə köçürmə istiqamətindəki planını açıqlamasından sonra dönəm sədri Türkiyənin  ev sahibliyində növbədənkənar yığıncaq keçirəcək.

Sabah baş tutacaq zirvə yığıncağı çərçivəsində dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam ölkələrinin liderlərilə bir araya gələrək Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasına qarşı atılacaq addımları müzakirə edəcək. Həmin yığıncaqdan sonra yekun bildiriş yayılacaq.

İƏT-nin növbədənkənar yığıncağına 16-sı lider səviyyəsində 48 ölkədən iştirak olacaq.

Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qvineya, İran, Qətərr, Küvəyt, Liviya, Livan, Somali, Sudan, Toqo, İordaniya və Yəməndən prezident, dövlət rəhbəri yaxud kral, Cibuti, Malayziya və Pakistandan isə baş nazir səviyyəsində iştirak olacaq. Komorlar dövlət katibi, Oman baş nazir müavini səviyyəsində təmsil ediləcək. Qazaxıstan və Özbəkistandan isə məclis sədrləri zirvədə iştirak edəcək.

Müşahidəçi ölkələrdən Şimali Kıbrıs Türk Cümhuriyyətini prezident Mustafa Akıncı, qonaq ölkə statusunda olan Venesuelanı isə zirvə yığıncağında dövlət başçısı Nicolas Maduro təmsil edəcək.



Әlaqәli Xәbәrlәr