Binəli Yıldırım:"Trump Türkiyə prezidenti ilə görüşməyə cəsarət etmədi"

Türkiyənin baş nazir Binəli Yıldırım ABŞ rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarının beynəlxalq hüquqa və BMT qətnamələrinə zidd olduğunu bildirdi.

866254
Binəli Yıldırım:"Trump Türkiyə prezidenti ilə görüşməyə cəsarət etmədi"

Türkiyənin baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin iclasında çıxış etdi.

Baş nazir hökumətin adından  2018-ci ilə aid  Büdcə Qanunu Layihəsindən danışdı.  
 Yıldırım çıxışında ABŞ tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınması məsələsi ilə bağlı:" Bu qərar beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir. Biz Qüdsü əsla  İsrailin paytaxtı olaraq tanımadıq. İsrail-Fələstin problemi həll olana qədər də tanımayacağıq. Bu, birmənalıdır. Bizim İsrail səfirliyimiz Tel-Əvivdədir. Bizim üçün İsrailin paytaxtı Tel-Əvivdir. Bizim Qüdsdə Fələstin  səfirliyimiz var. Başqa millətlərin orada Fələstin səfirlikləri yoxdur" dedi.
 Binəli Yıldırım məsələ ilə əlaqədar Ərdoğanla Trump arasında telefon görüşünün olmadığını təsdiq edərək:" Prezidentimizin fikri məlumdur. Trump bunu bildiyi üçün görüşməyə belə cəsarət etmədi" dedi.
 Baş nazir 13 dekabr, çərşənbə günündə İslam Əməkdaşlıq Təşkilatının Türkiyənin ev sahibliyində toplanacağını xatırlatdı, toplantıda çox sayda dövlət və hökumət başçısının iştirak edəcəyini bildirdi.
Yıldırım: "Məsələ çox ciddidir. Bölgə sülhü deyil, eyni zamanda, qlobal sülh təhlükə altındadır. Burada beynəlxalq cəmiyyət və İslam ölkələri birgə hərəkət edilməlidir. Hər kəs bilməlidir ki, illərdir sülh üçün mübarizə aparan fələstin xalqı bu haqsız, hüquqsuz, təkəbbürlü qərar qarşısında heç vaxt tək deyildir "dedi.



Әlaqәli Xәbәrlәr