Türkiyə “DEAŞ”-ın məğlub edilməsinə görə İraqı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi İraqın DEAŞ-a qarşı apardığı mübarizənin uğurla nəticələnməsindən məmnuniyyət duyulduğunu bildirərək, İraq hökumətini təbrik etdi.

865368

Nazirliyin açıqlamasında DEAŞ-a qarşı aparılan mübarizədə həyatını itirən iraqlılara Allahdan rəhmət dilənib və bildirilib ki, bundan sonrakı prosesdə xilas edilən bölgələrin bərpası, İraq dövlət idarələrinin gücləndirilməsi və iraqlı qardaşlarımız arasında milli razılıq təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılmasına ehtiyac olduğunu nəzərdə tutulur. Bunun bağlı göstəriləcək fəaliyyətlərin ictimaiyyəti hər tərəfli olaraq əhatə edəcək anlayışla həyata keçirilməsi əhəmiyyət kəsb edir.

Açıqlamada Türkiyənin DEAŞ ilə mübarizədə olduğu kimi DEAŞ-dan sonrakı prosesdə də hər sahədə İraq hökuməti ilə əməkdaşlıq və həmrəylik içində hərəkət etməyə davam edəcəyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr