İbrahim Kalın: ‘‘İsrail baş nazirinin açıqlamalarını qınayırıq’’

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın İsrail baş naziri Benjamin Netanyahunun Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan haqqındakı  açıqlamasını sәrt şәkildә qınadıqlarını bildirib.

865343
İbrahim Kalın: ‘‘İsrail baş nazirinin açıqlamalarını qınayırıq’’

"Beynəlxalq hüquq normalarını heçə sayan, Fələstin xalqının yüzlərlə illik torpaqlarını işğal edən, Birləşmiş Millətlər Təşkilatının müvafiq qәtnamәlәrini sistematik şəkildə pozan İsrail dövlәti  əvvəlcə öz etdiklərinin hesabını vermәlidir" deyәn İbrahim Kalın: "Minlərlə günahsız fələstinlini qətlә yetirәn, fələstinlilərin torpaqlarını açıq hava həbsxanasına çevirənlәrin  ortaya atdığı iddia və ittihamları ciddiyә almaq  mümkün deyil. İlk qibləmiz olan Qüdsü işğalçı  dövlətin  paytaxtı elan edəcəklərini düşünәnlәr  hücum yerinə Fələstin torpaqlarının işğalına son verməlidir. Türkiyə Cümhuriyyәti dünyanın hər yerində olduğu kimi Fələstində də haqqın, hüququn və məzlumların yanında olmağa davam edəcək. "



Әlaqәli Xәbәrlәr