"ABŞ-nın qərarı Türkiyə üçün heç bir məna daşımır"

ABŞ-ın Qüds ilə əlaqəli qərarı Türkiyə üçün heç bir məna daşımır. Bu qərar Fələstin-İsrail sülh səylərinə və Yaxın Şərq sülh prosesinə endirilmiş ağır zərbədir. Bunu Baş nazir Binali Yıldırım deyib.

863080
"ABŞ-nın qərarı Türkiyə üçün heç bir məna daşımır"

Baş nazir Binali Yıldırım, Trampın Qüds qərarı ilə əlaqəli açıqlamasında: “ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq elan etməsi və bu çərçivədə atdığı addımlar, Türkiyə Respublikasına görə hes bir rəsmi məna daşımır. Qərar, Fələstin-İsrail sülh səylərinə və Yaxın Şərq sülh prosesinə endirilmiş ağır zərbə hesab edilir. Fələstin və Yaxın Şərq sülh səylərinin davamına maneə təşkil edəcək olan bu qərar siyasi qayğılarla qəbul edilmiş bir məsuliyyətsizliyin nümunəsidir. Bunu qınayır və həmişə olduğu kimi Məscidi-i əl-əqsa başda olmaqla Qüdsün bütün müqəddəs məkanlarının statusuna hörmət göstərilməsini istəyirik.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarına münasibət bildirən Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ da: “Qəbul edilən qeyri ligitim ədalətsiz, bölgəni, dünyanı oda atan, beynəlxalq hüquq və BMT qərarlarının açıq pozuntusu hesab edilən qərara görə ABŞ-ı qınayırıq. Bu qərar, bizim üçün rəsmi məna daşımır. Müsəlmanlar və İslam ölkələri, Qüdsün statusuna yiyələnmək məcburiyyətindədir” deyib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu da qərar ilə bağlı açıqlamasında, Qüdsün bir ölkənin qərarı ilə İsrailin paytaxtı ola bilməyəcəyini qeyd edib. Yalnız Türkiyənin yox, dünya ölkələrinin xəbərdarlıqlarına baxmayaraq belə bir qərarın qəbul edilməsinin məsuliyyətsizlikdən özgə heç nə olmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr