Türkiyə qadınlarının seçib-seçilmə hüququ

Bu gün - 5 Dekabr Ümumdünya Qadın Haqları Qünü Türkiyə qadınları üçün başqa bir məna daşıyır.

861854
Türkiyə qadınlarının seçib-seçilmə hüququ

Bu gün - 5 Dekabr Ümumdünya Qadın Haqları Qünü Türkiyə qadınları üçün başqa bir məna daşıyır.

Çünki bu tarix Türkiyə qadınının  seçib-seçilmə hüququ qazanmasının 83-cü ildönümü tarixidir.

Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürk qadınların hər sahədə yüksək səviyyə əladə etməsini arzu edərək, digər ölkələrdən çox əvvəl, 5 dekabr 1934-cü il tarixində Türk qadınının seçib-seçilmə hüququnu təsdiq etdi.

1934-cü ilin 5 dekabr günündə qadınların qanuni olaraq millət vəkili seçmək və seçilmək hüququna malik olduğu ölkələrin sayı 28, bu haqqın istifadə edildiyi ölkələrin sayı isə 17 idi.
 
 O dövrdə Avropanın bəzi inkişaf etmiş ölkələrindədə belə, qadınların bu hüququ yox idi.
 
 Qadınlar seçib-seçilmə hüququnu Fransada 1944, İtaliyada 1945, Yunanıstanda 1952, Belçikada 1960, İsveçrədə 1971-ci ildə qazandılar.
 
 Türkiyə qadınları isə 20 mart 1930-cu il tarixində bələdiyyə seçkilərində seçmə hüququ əldə etdilər.
 
 Türkiyə qadınları 1933-cü ildə muxtar seçmək və kəndin nümayəndə heyətinə seçilmək hüququ qazandılar.
 
Millət vəkili seçkilərində seçib-seçilmə hüququ  isə 5 dekabr 1934-cü ildə keçirilən konstitusiya dəyişikliyi ilə əldə olundu.
 
 8 fevral 1935-ci ildə ilk dəfə ümumi seçkilərdə iştirak edən Türkiyə qadınları Türkiyə Böyük Millət Məclisində 18 yer qazandılar.

 

 



Әlaqәli Xәbәrlәr