İ.Kalın:‘‘ABŞ rəhbərliyinin bu səhvi etməyəcəyini ümid edirik’’

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın  ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barәdә iddialarla bağlı bәyanat verdi.

861494

Mövzu ilә bağlı şәxsi  ‘‘Twitter’’ sәhifәsindәn  açıqlama verәn İbrahim Kalın BMT-nin zәmanәti altında olan Qüdsün statusunun dәyişdirilmәsi xәbәrinin Türkiyәni narahat etdiyini deyib.   

İbrahim Kalın bu iddianın Qüdsün dini vә tarixi statusuna, beynәlxalq müqavilәlәrә vә BMT qәtnamәlәrinә tamamilә zidd olduğunu ifadә edib.

 "Belə bir addım  onsuz da kövrək olan Yaxın Şərq sülh prosesini ortadan qaldıracaq,  yeni gərginlik və münaqişələrə səbəb olacaqdır. ABŞ rəhbərliyinin bu səhvi etməyəcəyini ümid edirik’’,-deyә Prezident Aparatının sözcüsü İbrahim Kalın qeyd edib.

Әlaqәli Xәbәrlәr