Binәli Yıldırım Cәnubi Koreyaya sәfәr edib

Görüşlərdə  ikitərəfli münasibәtlәr, terrorla mübarizә,  aktual regional və beynəlxalq məsələlərin müzakirə olunması nəzərdə tutulur.

861225
Binәli Yıldırım Cәnubi Koreyaya sәfәr edib

Türkiyәnin baş naziri Binәli Yıldırım Cәnubi Koreyaya rәsmi sәfәr edib.

Baş nazir Binәli Yıldırım vә xanımı Semiha Yıldırım Qimhae beynәlxalq hava limanında Busan rәhbәrliyinin xarici әlaqәlәr üzrә sәfiri Honq Sunq Hwa, Türkiyәnin Seuldakı sәfiri Arslan Hakan Okçal vә xanımı Pınar Okçal, Türkiyәnin Busandakı fәxri  konsulu  Park Sa İck vә digәr rәsmilәr tәrәfindәn qarşılanıb.

Baş naziri sәfәri çәrçivәsindә  elm, sənaye və texnologiya naziri Faruk Özlü, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sәrvәtlәr naziri Berat Albayrak,  Әdalәt vә İnkişaf Partiyasının qrup sәdrinin müavini Bülәnt Turan, Әdalәt vә İnkişaf Partiyasının sәdrinin müavini Hamza Dağ, Xarici İşlәr Nazirliyinin müşaviri Ümit Yalçın, müdafiә sәnayәsinin müşaviri İsmail Demir, texnologiya vә telekommunikasiya idarәsinin rәhbәri Ömәr Fatih Sayan müşayiәt edirlәr.

Baş nazir ilk olaraq Busandakı Türk şәhidliyini ziyarәt edәcәk. Binәli Yıldırım daha sonra Seulda Cәnubi Koreyanın baş naziri Lee Nak-Yeon ilә görüşәcәk.

Baş nazir hәmçinin ölkәnin prezidenti Moon Jae-In tәrәfindәn qәbul edilәcәk vә Milli Mәclis sәdri Chung Sye Kyun ilә bir araya gәlәcәk.

Görüşlərdə  ikitərəfli münasibәtlәr, terrorla mübarizә,  aktual regional və beynəlxalq məsələlərin müzakirə olunması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr