Türkiyə "sərbəst viza" prosesini sürətləndirməyə qərar verdi

Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini asanlaşdıracaq "sərbəst viza" prosesini sürətləndirməyə qərar verdi.

860209
Türkiyə "sərbəst viza" prosesini sürətləndirməyə qərar verdi

Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini asanlaşdıracaq "sərbəst viza" prosesini sürətləndirməyə qərar verdi.
 
Bunun üçün tələb olunan 7 kriteriyanın yerinə yetirilməsi ilə bağlı  atılacaq addımlar müəyyənləşdirildi.
 
Bu addımlar xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa İşləri üzrə  nazir  Ömər Çelik, ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunun qatıldıqları yığıncaqda təsdiq olundu.
 
 Nazirlər Avropa İttifaqına təqdim olunacaq olan mövqe sənədi ilə əlaqədar fikir  birliyi əldə etdilər.
 
 Sözügedən mövqe sənədi  prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqinə təqdim olunacaq.
 
 Ən ağır kriteriya terrorizmlə mübarizəyə dair qanun dəyişikliyidir.

  Biometrik pasport,  Avropol ilə operativ əməkdaşlıq müqaviləsi də tələb olunan kriteriyalar arasındadır.
 
 4 nazir tərəfindəm müəyyən olunan yol xəritəsi prezident Ərdoğan tərəfindən qəbul edildiyi halda, xarici işlər naziri Çavuşoğlu mövqe sənədini dekabrın 12-də Aİ Xarici İşlər Nazirləri Toplantısında təqdim edəcək.



Әlaqәli Xәbәrlәr