Türkiyənin milli təhlükəsizliyinə nəyin təhdid olduğuna başqaları deyil, özü qərar verir

Bunu Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın  bildirdi.

859683
Türkiyənin milli təhlükəsizliyinə nəyin təhdid olduğuna başqaları deyil, özü qərar verir

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın  ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) separatçı terror təşkilatına silah yardımına dair açıqlamasına reaksiya verdi.

Özəl televiziya kanalının qonağı olan Kalın: "Milli təhlükəsizliyimizə nəyin təhdid olduğuna başqaları deyil, Türkiyənin özü qərar verir. YPG-yə verilən silahların toplanacağı barəsindəki bəyan həyata keçirilməlidir" dedi.
 
 Prezident Aparatının sözçüsü sözünə davam edərək: "Suriyada "DEAŞ ilə mübarizə" adı altında  PYD-YPG-yə verilən təxminən 4 min tır silah və digər hərbi avadanlıq təcili olaraq toplanmalıdır. Amerikan rəhbərliyi PYD-YPG kimi terror təşkilatları ilə əlaqəsini tamamilə kəsməlidir" deyə bildirdi.
 
 Qeyd edək ki,  Pentaqonun Orta Şərq Şöbəsinin mətbuat katibi Erik Pahon ABŞ-ın Türkiyəni təhdid edə biləcək bütün silahları YPG-dən  geri alacağını söyləyib.
 
 Pahon inventar və rəqəmlər barəsində məlumat vermək səlahiyyətinin olmadığını bildirərək: "Müttəfiqimiz Türkiyəni təhdid edə biləcək silahları toplayacağıq. Bunların inventarı Türklərdə var" deyib.
 
Mətbuat katibi YPG-yə verilən və qarşıdurma vasitəsi olmayan buldozer, mina və əl istehsalı partlayıcıları qazıcılarının və "Humvee" kimi tanınan nəqliyyat vasitələrinin  geri alınmayacağını qeyd edib
 
 ABŞ separatçı terror təşkilatı PKK-nın qolu PYD-nin 2015-ci ilin əvvəlindən etibarən dolayı şəkildə, bu ilin may ayından etibarən isə birbaşa silahlandırılması barədə qərar qəbul edib. 



Әlaqәli Xәbәrlәr