Ömər Çelik Bolqarıstanın baş naziri ilə görüşdü

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik rəsmi səfərdə olduğu Bolqarıstanda baş nazir Boyko Borisov ilə görüşdü.

859265
Ömər Çelik Bolqarıstanın baş naziri ilə görüşdü

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik rəsmi səfərdə olduğu Bolqarıstanda baş nazir Boyko Borisov ilə görüşdü.

Borisov və Çelikin paytaxt Sofiyada keçirilən və təxminən 1 saat 15 dəqiqə davam edən görüşlərində Türkiyə-Avropa İttifaqı əlaqələri, iki ölkə münasibətləri və Bolqarıstanın 2018-ci il Aİ dönəm sədrliyindən gözləntiləri müzakirə olundu.

Borisov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onu İstanbulda restavrasiya edilən Sveti Stefan bolqar kilsəsinin ("Dəmir Kilsə") yanvarın 7-də olacaq açılışına dəvət etdiyini bildirdi.

 



Әlaqәli Xәbәrlәr