Dövlət başçısı Ərdoğan ilə Almaniya kansleri Merkel arasında telefon danışığı olub

Telefon danışığında qaçqınlar məsələsinə də toxunulub.

858815
Dövlət başçısı Ərdoğan ilə Almaniya kansleri Merkel arasında telefon danışığı olub

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon daşıdığı olub.

Telefon danışığında ikitərəfli əlaqələrla yanaşı Suriya başda olmaqla regional məsələlər müzakirə olunub. 

İki lider başda PKK olmaqla bütün terror təşkilatları ilə mübarizədə əməkdaşlığın daşıdığı əhəmiyyəti vurğulayıb.

Dövlət başçısı Ərdoğan Merkelə Türkiyə, Rusiya və İranın iştirakı ilə baş tutan Soçi görüşü barədə danışıb.

Telefon danışığında qaçqınlar məsələsinə də toxunulub. Merkel suriyalı qaçqınlarla əlaqəli olaraq Türkiyəyə vəd verilən Avropa İttifaqı yardımlarının çatdırılmasına sürət qazandırılması üçün səy göstərəcəklərini söyləyib.

Dövlət başçısı Ərdoğan və Merkelin Almaniyada hökuməti formalaşdırma fəaliyyətlərinin nəticələnməsindən sonra, yüksək səviyyəli ikitərəfli görüşlərə sürət qazandırılması barədə də razılaşdıqları bildirilib.



Әlaqәli Xәbәrlәr